SON XƏBƏR

Azərbaycanda 3 gənc vəzifəli şəxs milyonları Türkiyəyə belə 'daşıdılar' - TƏFƏRRÜAT

İyul 07
11:24 2019
Son 1 ildə dövlət büdcəsini talayaraq xaricə daşıyan iş adamlarının ifşa olunması bütün cəmiyyəti ciddi şəkildə narahat edir.
 
Araşdırmaçı-jurnalist Cavanşir Həsənli bu dəfə milyonların Türkiyəyə necə daşınmasına aydınlıq gətirib:
 
""AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev, keçmiş vergilər naziri Fazil Məmmədovun yaxın adamı, "Synergy Group”un Müşahidə Şurası Sədrinin müavini Fərid Hüseynov və AHK (Alman-Azərbaycan Xarici Ticarət Palatası) Azərbaycanın İdarə Heyətinin sədr müavini Fərid İsayev 2018-ci ildə Azərbaycandan Türkiyəyə 17,5 milyon lirə pul çıxarıblar. Türk lirəsinin o zamankı kursu ilə 5 milyon dollara yaxın...

Belə ki, adı çəkilən şəxslər 2018-ci ilin sentyabrında 10 milyon türk lirəsi sərmayə ilə şərikli Fmg And Generatıon İnşaat Gayrimenkul Sanayi Ve Dış Ticaret Anonim Şirketini İstanbulda təsis ediblər. Şirkət hündürmərtəbəli binaların, ticarət mərkəzlərinin tikintisi ilə məşğuldur. Qeydiyyat ünvanı: Mimar Kemalettin Mah.Abıhayat Sk.Sırma Keş İşhanı No:10/101 Fatih.

İkinci şirkət isə bundan bir qədər əvvəl, yəni 2018-ci ilin martın 28-də 7 milyon 500 min Tl sərmayə və Vüsal Əliyevin təsisçiliyi ilə İstanbul Ticarət Odasında qeydiyyatdan keçirilib. Zerif İnşaat Turizm Gayrimenkul Sanayi Ve Ticaret Limited şirkəti inşaat, daşınmaz əmlak biznesi və turizm sektorunda fəaliyyət göstərir.
Bu şirkət də o biri ilə eyni ünvanda yerləşir: M.Kemalettin Mh.Abıhayat Sk. Sırma Keş İş Hanı No.10/101 Fatih.

Siyasi azadlıqların olmadığı ölkələrdə iqtisadi azadlıqlar olmur. İqtisadi azadlıqların olmadığı ölkələrdən isə vəsaitlər xaricə daşınır."
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook