SON XƏBƏR

Azərbaycanda 3 alpinist dağda yoxa çıxıb- FOTOLAR

Dekabr 27
09:43 2017
Gilavar Klubunun üzvü olan 3 alpinist yoxa çıxıb.

Klubun yaydığı məlumata görə, alpinistlər Şahyayalaq, Mahmuddərə marşrutu üzrə hərəkət edərkən klubla əlaqə kəsilib. 

DSX, FHN,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət təcrübəli komanda tərəfindən axtarışlar başlayıb. 

Qlobal.az-ın verdiyi xəbərə görə, klubdan qafqazinfo-ya bildirilib ki, yoxa çıxan alpinistlər Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadədir. 

Onlar ötən həftənin 6-cı günü dağa çıxıblar və marşrut üzrə 1-ci gün geri qayıtmalı imişlər. Lakin onlarla əlaqə kəsilib. Hazırda axtarışlar Quba rayonu ərazisində yerləşən dağlarda aparılır.

Klubun digər üzvləri və rəhbərliyi də axtarışlara cəlb olunub.
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook