SON XƏBƏR

“Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi” kitabı Türkiyədə nəşr olunub

May 26
12:08 2017
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin ərsəyə gətirdiyi "Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi” kitabı türk dilində Türkiyədə işıq üzü görüb.
 
Bu barədə APA-ya mərkəzdən məlumat verilib.

Türkiyənin "Berikan” nəşriyyatı tərəfindən nəşr edilmiş kitab məşhur Sumqayıt hadisələrindən - 1988-ci ildə erməni terrorçusu Eduard Qriqoryanın rəhbərliyi altında Sumqayıtda törədilmiş qətliamdan bəhs edir.

Kitabın müəllifi Azərbaycanın əməkdar jurnalisti İbrahim Məmmədov, türk dilinə tərcüməçisi Sənan Nağıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook