SON XƏBƏR

Azərbaycana pul köçürmələri kəskin azalıb

Fevral 16
11:49 2017
Azərbaycana ötən il ərzində xaricdən daxil olan pul baratlarının həcmi 2015-ci illə müqayisədə 34,57%, 2014-cü ilə nisbətən isə 54,71% azalıb.
 
Bu barədə Azərbaycan Mərkəzi Bankının ötən ilin yekununa dair Pul siyasəti İcmalında bildirilib.
 
İcmala əsasən, 2016-cı ildə ölkəyə xaricdən 774 mln. ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib. Bu rəqəm 2015-ci ildə 1,183 mlrd. dollar, 2014-cü ildə isə 1,709 mlrd. dollar təşkil edib.
 
Pul baratlarının azalması Azərbaycanla iqtisadi tərəfdaş olan ölkələrdə yaranmış vəziyyətlə izah edilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook