SON XƏBƏR

Azərbaycana idxalda MDB ölkələrinin payı artıb

May 24
13:37 2017
Bu ilin yanvar-aprel aylarında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 850 261,01 min ABŞ dolları təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 162 766,34 min dollar və ya 23,68% çoxdur.
 
"Report" bu barədə Dövlət Gömrük komitəsinə istinadən xəbər verir.
 
Hesabata əsasən, bu müddətdə həmin ölkələrə ixrac 41,38% artaraq 230 688,75 min dollar, Azərbaycana idxal isə 18,17% artaraq 619 572,26 min dollara çatıb. Beləliklə, Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin mənfi saldosu 27 735,265 min dollar və ya 7,68 % artaraq 388 883,51 min dollara çatıb.
Qeyd edək ki, ölkə üzrə cəmi ixracın 6,72%-i, idxalın isə 28,62%-i məhz MDB ölkələri ilə həyata keçirilən əməliyyatların payına düşüb. Ötən ilin müvafiq dövründə MDB ölkələrinin xüsusi çəkisi müvafiq olaraq 6,70% və 20,22% təşkil edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook