SON XƏBƏR

Azərbaycana gələn turistlərin sayı 10,2% artıb

İyul 17
15:51 2018
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1325,0 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə Dövlət Sərhəd Xidmətindən bildirilib.

Gələnlərin 30,5%-i Rusiya Federasiyası, 21,1%-i Gürcüstan, 11,1%-i İran, 10,8%-i Türkiyə, 3,6%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,1%-i İraq, 2,0%-i Ukrayna, 18,7%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 68,5%-ini kişilər, 31,5%-ini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 14,1%-i yanvar, 12,5%-i fevral, 20,9%-i mart, 16,5%-i aprel, 15,7%-i may, 20,3%-i isə iyun ayında ölkəyə gəlib.

Cari ilin yanvar-iyun aylarında Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 5,1 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 3,5 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,6 dəfə, Qətər vətəndaşlarının sayı 2,1 dəfə, Oman vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 44,3 faiz, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 8,8 faiz artıb. İrandan gələnlərin sayında 18,8 faiz azalma müşahidə edilib. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 4,9 faiz artaraq 276,6 min nəfər təşkil edib və ümumilikdə ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrindən olub.

2018-ci ilin yanvar-iyun aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,3 faiz artaraq 53,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,5 faiz artaraq 478,3 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59,9%-i dəmir yolu və avtomobil, 39,2%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib.

2018-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq 2019,8 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 30,7%-i Gürcüstana, 28,7%-i İrana, 21,2%-i Rusiya Federasiyasına, 12,7%-i Türkiyəyə, 1,7%-i Ukraynaya, 1,2%-i Birləşmiş Ərəb Əmirliklərinə, 3,8%-i isə digər ölkələrə səfər etmişdir. Səfər edənlərin 68,8%-i kişilər, 31,2%-i isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 22,8 faiz artmış, Türkiyəyə gedənlərin sayı 6,8 faiz, Gürcüstana gedənlərin sayı 0,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 2,6 faiz azalıb.

Cari ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,2%-i dəmir yolu və avtomobil, 18,9%-i hava, 0,9 %-i isə su nəqliyyatından istifadə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook