SON XƏBƏR

Azərbaycan Yəmənə humanitar yardım göstərib

Aprel 25
16:02 2017
Azərbaycan tərəfindən Yəmənə humanitar yardım göstərilib.
 
Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, İsveçrənin Cenevrə şəhərində Yəməndə davam edən humanitar böhranla əlaqədar yardımın göstərilməsi məqsədilə BMT-nin Yüksək Səviyyəli Donor Konfransı keçirilib. Tədbirdə Azərbaycanı Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev təmsil edib.
 
İslam həmrəyliyi prinsipinə daim sadiq olan və 2017-cil ilin "İslam həmrəyliyi ili” elan edilən Azərbaycan tərəfindən genişmiqyaslı humanitar böhranın yaşandığı Yəmənə Donor Konfransı əsnasında humanitar yardımın göstərildiyi qeyd olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook