SON XƏBƏR

Azərbaycan XİN: Sumqayıt hadisələri erməni tərəfinin törətdiyi diversiya və təxribat idi

Fevral 22
11:24 2018
"Sumqayıt hadisələri erməni tərəfinin törətdiyi diversiya və təxribat idi."
 
"Report" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
 
"Ötən əsrin 80-ci illərində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı və bu, hərbi təcavüz və Azərbaycanın dinc əhalisinə qarşı insanlığa qarşı cinayətlərlə yekunlaşdı. Ermənistanın terrorçu təşkilatları Azərbaycan əhalisinə qarşı terror aktları törədib. Bu təxribatların kuliminasiya nöqtəsi isə Sumqayıt hadisələri olub", - H.Hacıyev deyib.
 
Qeyd edək ki, bu il 1988-ci il fevralın 27-29-da törədilən Sumqayıt hadisələrinin 30 illiyi tamam olur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook