SON XƏBƏR

Azərbaycan XİN Şri-Lankada törədilən terror aktlarını pisləyib

Aprel 21
15:05 2019
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şri Lankada çoxsaylı günahsız insan ölümü və yaralanması ilə nəticələnən kilsə və otellərdə törədilmiş dağıdıcı terror aktlarını pisləyib.

Qlobal.az-ın məlumatına görə, XİN terror qurbanlarının ailələrinə və Şri Lanka xalqına başsağlığı verib, yaralıların tez bir zamanda sağalmasını diləyib.

Qeyd edək ki, bu gün Şri-Lankada paytaxt Kolomboda 3 oteldə və bir kilsədə, Neqombo qəsəbəsində isə iki kilsədə partlayış törədilib. Partlayışlar nəticəsində ən azı 185 nəfər ölüb. Sonra daha iki partlayışın törədildiyi  açıqlanıb.  





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook