SON XƏBƏR

Azərbaycan xalqı qonaqları yüksək səviyyədə qarşılayacaq - diplomat

Aprel 24
14:40 2017
Əlcəzair Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub.

Bunu SalamNews-a Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Abbes Benmoussat deyib. 

- Azərbaycanın İslam Həmrəylik Oyunlarını ilk dəfə təşkil etməsilə bağlı nə deyə bilərsiniz?

- Avropa Oyunları zamanı Azərbaycanın sözünə layiq bir yarış təşkil etdiyinin şahidi olduq. Azərbaycan hökumətinin və xalqının İslam Həmrəylik Oyunlarını yüksək səviyyədə təşkil edəcəyinə də əminik. Azərbaycan xalqı qonaqları yüksək səviyyədə qarşılayacaq. İlk Avropa Oyunları zamanı biz bunun şahidi olduq. İslam Oyunlarının İştirakçı ölkələrinin nümayəndələri özləri ilə xoş xatirələr aparacaqlar.

- Azərbaycan sülh mesajını layiqincə çatdıra biləcəkmi?

- Geosiyasi baxımından Azərbaycan Şimali Avropa və Orta Şərqin arasında yerləşir və bu mesajı dünyaya yüksək səviyyədə çatdıracaq. Çünki, Azərbaycanda çoxdinlilik mövcuddur. Eyni zamanda, dinlərin sülh şəraitində və qardaş prinsipi ilə yaşamaları təbii ki, gözəl nümunədir. 

- Əlcazir ilə Azərbaycan arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi üçün İslam Həmrəylik Oyunları təkan ola biləcəkmi?

- Azərbaycana təyin edildiyimdən bəri, hər zaman fəaliyyətimi ikitərəfli əlaqələrin daha da genişlənməsi istiqamətində qurmuşam. Xüsusilə, Əlcəzairin idman komandalarının bura gətirilməsinə və əməkdaşlıq, dostluq oyunlarının təşkil edilməsinə hər zaman çalışmışam. İdmançıların Azərbaycana gəlişi, gənclər arasında əlaqələrin möhkəmlənməsi üçün bir fürsətdir. Təbii ki, bu addım, hökumətlərimiz və xalqlar arasında olan xoş münasibətlərə böyük bir təkandır.

-Ümumiyyətlə, iki ölkə arasında daha çox hansı sahədə əməkdaşlığa ümid edirsiniz?

-Azərbaycan ilə Əlcəzair arasında əlaqələrin qədim bünövrəsi var. Hətta sovet ittifaqı dövründən Azərbaycan ilə bizim çox gözəl əlaqələrimiz olub. Azərbaycanın Dənizçilik Akademisyasından Əlcəzairə göndərilənlər olub, hazırda onlar Əlcəzairdə yüksək vəzifədədirlər. Eyni zamanda, Əlcəzairdən Azərbaycana neft sahəsi üzrə təhsil almaq üçün göndərilənlər də olub. Azərbaycan müstəqllik qazandıqdan sonra Əlcəzair onun müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. İkitərəfli münasibətlərimizi qurmaq üçün, Azərbaycanda səfirlik açılana qədər işlərimiz Türkiyədəki səfirlik vasitəsilə aparılırdı. Artıq 2015-ci ilin yanvar ayaından etibarən Bakdakı səfirlik bütün bu məsələləri öz üzərinə götürüb. İstər siyasi, istər mədəni, istərsə də iqtisadiyyat sahəsindən Azərbaycana yüksək səviyyəli rəsmilər səfər ediblər. Əlcəzairdə ədliyyə naziri ilə görüşərək əməkdaşlığın genişlənməsi sahəsində sənədlər, həmçinin digər müqavilələr və memorandum imzalanıb. Biz səfirlik olaraq əlimizdən gələni edirik ki, hər iki ölkənin maraqlarına uyğun olaraq bərabər şəkildə addımlayaq və ikitərəfli münasibətləri daha da inkişaf etdirək.

-İdmançılarınızdan hansı nəticələri gözləyirsiniz? Neçə medal qazanmaq proqnozlaşdırırsınız?

-İki ölkəni siyasətdən öncə yaxınlaşdıran amil idmandır. Hazırda İslam Həmrəylik oyunlarında 23 idman növü var, Əlcəzair 16-da iştirak edəcək. Əsas nəzərdə tutduğumuz cüdo,boks, güləş kimi növlərdir ki, Azərbaycanda da bu sahələr güclüdür. Əlcəzair üçüncü İslam Həmrəylik Oyunlarını 4-cü yerdə başa vurub. Biz çalışacayıq ki, bu dəfə ikinci, yaxud da birinci yeri tuta bilək. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook