SON XƏBƏR

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalının təqdimetmə mərasimi olub

İyul 10
10:28 2019
09 iyul 2019-cu il tarixdə Naftalan şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 27 may tarixli sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə şəhər üzrə təltif olunmuş Hüseynov İlqar Nəsrəddin oğlunun medalının təqdimetmə mərasimi keçirilib.
 
Naftalan şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Arzu Məmmədov tədbirdə çıxış edərək mükafata layiq görülməsi münasibətilə İlqar Hüseynovu təbrik etdi və ona fəaliyyətində uğular arzuladı.
 
İlqar Hüseynov çıxış edərək belə bir mükafata layiq görüldüyü üçün ölkə prezidenti cənab İlham Əliyevə və Şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Arzu Məmmədova öz dərin təşəkkürünü bildirdi.
 
Daha sonra tədbirdə Naftalan şəhərinin mədəniyyət və turizm sahəsində səmərəli fəaliyyətlərinə görə Mirzoyev Rasim Nəsrəddin oğlu, Aslanova Tahirə Tapdıq qızı və Əmirov Elnur Elşən oğlu
 
Naftalan şəhər İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif ediliblər.
 
Qlobal.az
 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook