SON XƏBƏR

Azərbaycan vətəndaşları üçün Almaniyaya viza verilməsi prosesi sadələşdirilə bilər

Oktyabr 15
10:05 2018
Almaniyanın Bakıdakı səfirliyi Azərbaycan vətəndaşlarına viza verilməsi üçün "ASAN viza” sistemini tətbiq edə bilər.

Bunu Almaniya İqtisadiyyatının Şərqi Komitəsinin rəqəmsallaşdırma üzrə işçi qrupunun rəhbəri Ştefan Keqebayn deyib.

Ş.Keqebaynın sözlərinə görə, hazırda bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparılır: "Danışıqlar uğurla başa çatsa, bu Azərbaycan vətəndaşları üçün təkcə Almaniyaya yox, Avropa İttifaqının digər ölkələrinə də viza alınması prosesini sadələşdirməyə imkan verəcək. Ümid edirəm ki, bu texnologiya öz tətbiqini tapacaq”.

İşçi qrupunun rəhbəri əlavə edib ki, Almaniya informasiya-kommunikasya texnologiyaları sahəsində Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır: "Gələn ilin əvvəlində biz Azərbaycan hökumətinin yüksək səviyyəli nümayəndələri ilə görüşəcəyik. Bu gün Azərbaycan iqtisadiyyatı neft-qaz sektorundan asılıdır və İKT sektoru iqtisadiyyatın şaxələndirilməsi prosesinə mühüm töhfə verə bilər”.

Trend xatırladır ki, Almaniya tərəfi ilə danışıqlar "ASAN viza 2” konsepsiyası çərçivəsində aparılır. Bu, Azərbaycan vətəndaşlarına xarici ölkələrə getmək üçün viza verilməsinin "ASAN viza” platforması vasitəsilə sadələşdirilməsini nəzərdə tutur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook