SON XƏBƏR

Azərbaycan vətəndaşı olan ermənilər Avropa ölkələrindən sığınacaq istəyir

Oktyabr 07
11:31 2017
Avropa ölkələrindən sığınacaq istəyən Azərbaycan vətəndaşı olan ermənilərin sayı artıb. 
 
Musavat.com AzEuroNews.com-a istinadən xəbər verir ki, əsasən Sumqayıt şəhərindən olan ermənilər sığınacaq tələbi ilə Avropa ölkələrinə üz tutublar. Həmin ölkələrin sırasında birinci yerdə isə, Almaniya və Fransa gəlir. Bəs onların mühacirət səbəbləri nədir?
 
"Erməni olduğumuza görə bizi sıxışdırırlar…”
 
Almaniyanın Unna şəhərindəki qaçqın kamplarından birində qalan həmvətənlərimizin saytımıza verdiyi məlumata görə, Sumqayıt  ermənilərinin çoxu siyasi mühacir statusu almaq üçün Azərbaycanda erməni olduqları üçün sıxışdırıldıqlarını deyirlər: "Çoxu bu yalanı deyir. Guya Qarabağ müharibəsinin başlanmasından sonra onlar Ermənistana gedə bilməyiblər. O dövrdən indiyə kimi də, erməni olduqları üçün  sıxışdırılıb təzyiqə məruz qalırlar. Təbii ki, bunlar hamısı yalandır. Təkcə Sumqayıtda yox Azərbaycanın digər rayonlarında olan ermənilərə güldən ağır söz deyən yoxdur”.

Həmvətənlərimizi narahat edən isə, 1988-ci ilin fevralında Sumqayıt şəhərində ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş təxribat xarakterli qırğınların üstündə öz mühacirət səbəblərini quran ermənilərin yalanlarına Almaniya və Fransa kimi dövlətlərin miqrasiya idarələrinin inanması və onlara uzun müddətli yaşamaqla bağlı icazəni verməsidir: "Unna şəhərində bir qaçqın düşərgəsində qaldığımız Sumqayıt ermənilərinin əsl mühacirət səbəbi ya müalicə ilə bağlıdır ya da, iqtisadi problemlərlə. Aralarında buna görə humanitar oturum izni alanlar da var. Humanitar oturumun müddəti bir il olduğu üçün, Azərbaycan vətəndaşı olan ermənilər siyasi mühacir statusu almaq üçün min bir yalan söyləyirlər”.

"Bizlə bir binada qalmaqdan imtina edirlər…”
 
Həmvətənlərimizin sözlərinə görə, düşərgənin həyətində birlikdə gəzib söhbət edikləri ermənilər kamp rəhbərliyinə şikayət edərək bildiriblər ki, azərbaycanlılarla bir binada qalmaq onların həyatı üçün təhlükəlidir: "Təsəvvür edin, yeməkdə yan-yana oturub, çörək yediyimiz, boş vaxt olanda kampın həyətində gəzdiyimiz, nərd və domino oynadığımız Sumqayıt erməniləri gedib bizdən şikayət edirlər ki, bizi onlarla eyni binada saxlamayın. Oturum izni almaq üçün min bir yalan söyləyib, oyun oynayırlar. Təbii ki, bu da bizi narahat edir”.

BAMF-ın statistikasında ermənilər…
 
Almaniya Federal Qaçqınlar və Miqrasiya İdarəsinin  (BAMF) yaydığı son statistik məlumata görə, sığınacaq üçün müraciət edən keçmiş Sovet İttifaqı ölkələrindən olan miqrantların sayında azalma var. Suriya, Türkiyə, İraq, Əfqanıstan, Eriteriya, Nigeriya və Somali kimi ölkələrdən gələnlərə nisbətən keçmiş Sovet İttifaqı ölkələrindən olan miqrantların sayı az olduğundan BAMFın yaydığı rəsmi statistikada sonuncuya yer verilmir. Sadəcə artım və ya azalmanın olduğu rəqəmlərsiz qeyd olunur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook