SON XƏBƏR

Azərbaycan və Türkiyə hərbi kəşfiyyatçılarının görüşü olub

İyun 30
11:29 2017
İyunun 29-da Bakıda Azərbaycan və Türkiyə Silahlı Qüvvələri hərbi kəşfiyyat nümayəndələrinin görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, tərəflər ölkələrimiz arasında hərbi kəşfiyyat sahəsində birgə planları, əməkdaşlığın inkişaf perspektivlərini, məlumat mübadiləsi, regional və kiber təhlükəsizlik, mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili, təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook