SON XƏBƏR

Azərbaycan və türk diasporları Danimarkada Çanaqqala zəfərinin 102-ci ildönümü qeyd ediblər

Mart 25
11:23 2017
Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin nümayəndələri Orxus şəhərində türk diaspor təşkilatları tərəfindən Çanaqqala zəfərinin 102-ci ildönümü münasibətilə təşkil olunan anım mərasimində iştirak ediblər.
 
Mərasimdə çıxış edən Orxus Ulku Ocaqlarının sədr müavini Oğuzxan Kekec qonaqları salamlayaraq tədbirin mahiyyətindən danışıb, Çanaqqala zəfərinin yaddaşlarda daim yaşadılmasının vacibliyini vurğulayıb.
 
Skandinaviya Türk Federasiyasının sədri Ilhan Esen Çanaqqala döyüşündən söz açıb. Bu savaşın böyük insan itkiləri ilə nəticələndiyini qeyd edən sədr bildirib ki, bütün çətinliklərə baxmayaraq, türk əsgərləri bu döyüşdə zəfər qazanıb. Vurğulanıb ki, bu tarixi qələbə möhtəşəm hadisə kimi yaddaşlarda əbədi yaşayacaq.
 
Daha sonra çıxış edən "Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi Çanaqqala zəfərinin əhəmiyyətindən danışıb, minlərlə azərbaycanlının bu döyüşdə türk qardaşları ilə birgə düşmənə qarşı çiyin-çiyinə mübarizə apardığını, 3 mindən soydaşımızın şəhid olduğunu diqqətə çatdırıb.
 
Sonda Çanaqqala döyüşü şəhidlərinin ruhuna dualar oxunub.
 
(Mənbə: Azərtac)
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook