SON XƏBƏR

Azərbaycan və Ermənistan XİN rəhbərləri Münhendə görüşüb

Fevral 17
01:18 2017
Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və onun erməni həmkarı Edvard Nalbandyan arasında Münhendə görüş baş tutub. APA-nın "Novosti-Armenya”ya istinadən verdiyi xəbərə görə, bu barədə "Facebook” səhifəsində Ermənistan XİN-nin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan yazıb.

T.Balayan, görüşün ATƏT Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə baş tutduğunu bildirib. Görüşün digər təfərrüatları açıqlanmır.

Danışıqlar Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilir.

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında sonuncu görüş 2016-cı ilin dekabrında Hamburqda baş tutub.







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook