SON XƏBƏR

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının növbəti təlimi keçirilib - (VİDEO)

İyun 13
12:54 2017
Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin "Qafqaz qartalı 2017” birgə təlimləri davam edir.

APA-nın Gürcüstan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Tiflis yaxınlığındakı Vaziani poliqonunda keçirilən təlimlərin növbəti mərhələsində üç ölkənin hərbçiləri şərti hədəfin məhv edilməsi, girovların azad edilməsi, yaralıların təxliyə olunması və digər tapşırıqları yerinə yetiriblər.

Təlimlərdə həmçinin hava komponentlərindən istifadə olunub.

Təlimləri Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Zaza Çxaidze, Xüsusi təyinatlı qüvvələrin komandiri, polkovnik Dmitri Kiknadze və Türkiyənin Gürcüstandakı səfiri Zəki Levent Gümrükçü izləyiblər.

"Qafqaz qartalı 2017” birgə hərbi təlimi artıq üçüncü dəfədir keçirilir. Təlimlərin məqsədi üç ölkənin xüsusi təyinatlı qüvvələri arasında əməkdaşlıq və qarşılıqlı əlaqənin dərinləşdirilməsi, bilik və təcrübələrin əldə olunmasıdır.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook