SON XƏBƏR

Azərbaycan-Türkiyə sərhədi bağlandı

Mart 15
07:32 2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə ölkələrimiz tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar.

Prezidentlər koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə razılığa gəliblər.

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinin yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə ediblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook