SON XƏBƏR

Azərbaycan Turizm və Menecment Universitetinin 47 tələbəsi İsrailin otellərində təcrübə keçəcək

Aprel 05
17:24 2018
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələri İsrailin Eilat şəhərindəki nüfuzlu otellərində təcrübə keçmək üçün bu ölkəyə yollanırlar.
 
ATMU-dan AZƏRTAC-a bildirilib ki, bununla bağlı keçirilən tədbirdə İsrailin ölkəmizdəki səfiri Dan Stav tələbələrin Eilat şəhərində təcrübə keçmələrinin artıq ənənə halı aldığını deyib. Vurğulanıb ki, bu il ATMU-nun 47 tələbəsi İsrailin nüfuzlu otellərində təcrübə keçəcək.
 
Sonra tələbələrə vizaların yer aldığı ümumvətəndaş pasportları təqdim olunub.
 
Tədbirdə ATMU-nun tədris işləri üzrə prorektoru İranə Əliyeva, tədris-metodiki şöbənin müdiri Nərminə Abdullayeva və beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa iştirak ediblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook