SON XƏBƏR

Azərbaycan Tibb Assosiasiyasınn Neyrocərrahiyyə Dərnəyinin I Beynəlxalq Konfransı keçirilib

Fevral 09
13:40 2019
Sinir sisteminin anadangəlmə anomaliyaları son dövrlər aktual problemlərdən sayılır. Aparılan araşdırmaya görə, dünyada diridoğulan 1000 körpədən 6-11-i qüsurlarla anadan olur. Bətndaxili qüsurların diaqnostikası və korreksiyası neyrocərrahlarla yanaşı həm də ginekoloq və nevropatoloqları ciddi narahat edən məsələlərdəndir.

Qlobal.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Tibb Assosiasiyasınn Neyrocərrahiyyə Dərnəyinin I Beynəlxalq Konfransında həmin problem müzakirə olunub.

Konfransın açılışında çıxış edən Azərbaycan Tibb Universitetinin neyrocərrahiyyə kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Rövşən Xəlilzadə rəhbərlik etdiyi Azərbaycan Tibb Assosiasiyasının Neyrocərrahiyyə Dərnəyinin mütəmadi olaraq keçirdiyi konfrans və simpoziumlarda peşəkar mütəxəssislər, o cümlədən xaricdən dəvət olunan tanınmış alimlərin təqdimatları, bilik və təcrübələrini bölüşməsi həkimlərin peşəkar fəaliyyətində də faydalı rol oynadığını qeyd edib.

İstanbul Kanuni Sultan Süleyman Egitim və Araşdırma Xəstəxanasının dosenti Ali Gedikbaşı, İstanbul Bilim Universitetinin dosentləri İbrahim Alataş və Hüseyn Canazın xəstəliklərin diaqnostikası və müalicəsi ilə bağlı məruzələri dinlənilib.

Azərbaycan Tibb Universitetinin neyrocərrahiyyə kafedrasının dosenti Cəmil İskəndərovun Tethered kord sindromunun cərrahi müalicəsinə həsr olunan təqdimatla çıxış edib.

Konfransda mövzular ətrafında müzakirələr aparılıb.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook