SON XƏBƏR

Azərbaycan tennisçisi Avropa çempionu adını qazandı

İyul 25
00:43 2017
Portuqaliyanın Gimaraeş şəhərində keçirilən Avropa çempionatında iştirak edən stolüstü tennisçilərimiz yarışları böyük uğura başa vurublar.

Virtualaz.org xəbər verir ki, 44 Avropa ölkəsindən 520 idmançının iştirak etdiyi çempionatda gənc qızların şəxsi birinciliyində stolüstü tennisçimiz Ning Zhing 1-ci yeri tutaraq qızıl medalın sahibi olub. Bu, müstəqillik illərində idmanın stolüstü tennis növü üzrə qazalılan ən yüksək nəticədir. İdmançımızın qələbəsi şərəfinə Azərbaycan himni səsləndirilib.
 
Gənc qızlardan ibarət millimiz komanda yarışlarında 3-cü yeri tutaraq bürünc medal, qoşa yarışlarda 2-ci yeri tutaraq gümüş medal qazanıb.
 
Yüksək nəticə əldə edən stolüstü tennisçilərimiz Azərbaycana 1-i qızıl, 1-i gümüş və 1-i bürünc olmaqla 3 medalla qayıdırlar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook