SON XƏBƏR

Azərbaycan şirkəti Britaniyaya “ağıllı çaydan” ixrac etdi

İyul 17
08:55 2018
Azərbaycanın "Sumaks” şirkəti "ağıllı çaydan” istehsal edib.

Bunu Trend-ə şirkətin rəhbəri Cavid Məmmədov deyib.

Onun sözlərinə görə, ilk bu cür çaydanlar Böyük Britaniyaya tədarük edilib:

"Bu çaydanları mobil tətbiq vasitəsilə idarə etmək, çayın hazırlanması üçün müvafiq temperatur təyin etmək olar. Məlum olduğu kimi, çayın hazırlanması prosesinə xüsusi münasibət var. Hazırlanma prosesində isti suyun müəyyən temperaturları istifadə olunur”.

Çaydan qaynamanın intensivliyini nizamlamağa imkan verən funksiya ilə təchiz olunub. Soyumuş suyu təkrar qaynatmamaq üçün isitmə rejimini seçmək olar, o zaman "ağıllı çaydan”dakı su daim isti qalacaq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook