SON XƏBƏR

Azərbaycan Silahlı Qüvvələrinə əlavə vəzifələr veriləcək

Dekabr 13
00:09 2017
Dəyişikliklərə əsasən Azərbaycan Silahlı Qüvvələri beynəlxalq terrorçuluqla mübarizə aparacaq, informasiya təhlükəsizliyini təmin edəcək
 
Qlobal.az-ın APA-ya istinadən məlumatına görə, yenidən hazırlanmış "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 4-cu (Silahlı Qüvvələrin əsas vəzifələri) maddəsinin 10-cu bəndində bildirilir ki, Silahlı Qüvvələr öz fəaliyyətində informasiya təhlükəsizliyini təmin etmək vəzifəsinə malik olacaq.
 
Maddənin 15-ci bəndinə əsasən isə Silahlı Qüvvələr beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq vəzifəsini də yerinə yetirəcək.
 
Qanun layihəsi Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook