SON XƏBƏR

Azərbaycan Seyran Ohanyanı axtarışa verdi - Soyqırımı cinayəti

Noyabr 23
13:39 2020
Azərbaycan hüquq-mühafizə orqanları Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib.

APA-nın məlumatına görə, onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanıb.

Təqdimata noyabrın 11-də Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin icraatında baxılıb.

Təqdimat məhkəmə tərəfindən təmin edilib və S. Ohanyan barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib. S. Ohanyanın saxlanılması üçün barəsində beynəlxalq axtarış elan edilib.

Bakı Hərbi Məhkəməsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, S. Ohanyan barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və o, beynəlxalq axtarışa verilib.

Qeyd edək ki, 58 yaşlı keçmiş nazir Şuşada doğulub. Təhsilini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində alıb. O, azərbaycanlı əhaliyə qarşı cinayətlər, xüsusən Xocalı soyqırımının törədilməsinin əsas iştirakçılarından sayılır.

S. Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.

Onun və oğlunun Qarabağdakı son döyüşlərdə yaralanması barədə məlumatlar yayılıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook