SON XƏBƏR

Azərbaycan Sərhəd Qoşunları və Ermənistan silahlı birləşmələri arasında atışma - RƏSMİ MƏLUMAT

Aprel 30
18:40 2019
2019-cu ilin 29-30 aprel tarixlərində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd döyüş məntəqələri Ermənistan Respublikasının Silahlı Qüvvələrinin bölmələri tərəfindən bir neçə istiqamətdən günün müxtəlif vaxtlarında iri çaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.

Qlobal.az DSX-nın mətbuat mərkəzinə istinadən bildirir ki, bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətində cavab atəşi açılıb.

Cavab atəşindən sonra erməni bölmələri atəşi dayandırıblar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook