SON XƏBƏR

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılıb

Fevral 21
00:20 2018
Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılıb.
 
"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.
 
Qərara əsasən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Şuranın sədri təyin edilib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev onun müavini təyin olunub.
 
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Milli Aviasiya Akademiyasının rektoru, akademik, Arif Paşayev, Milli Elmlər Akademiyasının akademik-katibi, akademik Rasim Əliquliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb elmləri Bölməsinin akademik-katibi Əhliman Əmiraslanov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Şuranın üzvləri rəyin ediliblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook