SON XƏBƏR

Azərbaycan qazının Bolqarıstana nəqli gələn ilin birinci rübü imzalana bilər

Oktyabr 24
22:14 2018
2019-cu ilin birinci rübünün sonunadək Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) üzrə qaz nəqli ilə bağlı sazişin imzalanması gözlənilir.
 
Bunu Trend-ə Bolqarıstanın ICGB layihə şirkətinin icraçı direktoru Teodora Georgiyeva deyib.

O bildirib ki, şirkət 2019-cu ilin fevralınadək IGB-nin istifadə verilməsi qaydalarını razılaşdırma prosesini başa çatdırmaq niyyətindədir.

T.Georgiyeva əlavə edib ki, layihə çərçivəsində prosedurların əksəriyyəti başa çatıb və ya başa çatmaq üzrədir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook