SON XƏBƏR

Azərbaycan Qazaxıstandan yeni teplovozlar alıb

Mart 13
13:00 2017
Qazaxıstandan Azərbaycana yeni teplovozlar tədarük edilib.
 
"Report"un "Kazakh-tv.kz" saytına istinadən verdiyi məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC ilə Qazaxıstanın "Lokomotiv quraşdırma" SC arasında əldə edilən razılaşma əsasında ölkəyə yeni istehsal edilmiş, yükdaşıma üçün nəzərdə tutulan TE33A "Evalution" tipli teplovozların növbəti partiyası çatdırılıb.
 
Qeyd edək ki, Azərbaycana gətirilən bu teplovozlar dizel yanacağının sərfiyyatına görə, iqtisadi cəhətdən sərfəli, 6 oxlu, 2 kabinalı, dəyişən cərəyanla işləyən asinxron dartı mühərriki ilə təchiz edilib, çəkisi 138 ton, gücü (4 400 at gücü) 3 356 kVt-dır.
 
Xatırladaq ki, bu teplovozların birincisi 2015-ci ildə Çinin Şixezi şəhərindən çıxan ilk konteyner qatarını Azərbaycana gələndə ölkəyə gətirilib. Teplovozlar sahə üzrə 3 200 tonluq yük qatarını sərbəst daşıya bilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook