SON XƏBƏR

"Azərbaycan prokurorluğunda aparılan islahatların ilkin mərhələsi yekunlaşıb" - Yusif İldırımzadə

Sentyabr 20
10:11 2018
"Qətiyyətlə söyləyə bilərəm ki, ötən iki onillikdə Azərbaycan prokurorluğunda aparılan islahatların ilkin mərhələsi yekunlaşıb, sahənin fəaliyyətinin hərtərəfli təkmilləşdirilməsi və müasirləşdirilməsi vəzifələrini əhatə edən yeni dövr başlanıb”.

"Report” xəbər verir ki, bunu Xətai rayon prokuroru, Baş ədliyyə müşaviri Yusif İldırımzadə bildirib.

O vurğulayıb ki, bu mərhələdə prokurorluq sisteminin inkişafında, hüquqi dövlət quruculuğu prosesində onun iştirakında əhəmiyyətli irəliləyişlərə nail olunub: "Bundan əlavə, vətəndaş cəmiyyətində prokurorluğin rolunun artırılmasına, onun fəaliyyətinin müasir dövrün tələblərinə və yüksək beynəlxalq standartlara uyğunlaşdırılmasına, yeni keyfiyyət müstəvisinə keçirilməsinə zəmin yaradılıb”.

Y.İldırımzadə əlavə edib ki, Azərbaycan Prokurorluğunun kollektivi dövlət başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsində, fəaliyyətinin ölkədə qanunçuluğa əməl olunmasına səfərbər edilməsində səylərini daim artırır. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook