SON XƏBƏR

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib

Dekabr 27
00:21 2017
Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gəlib.
 
Qlobal.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün "Novo-Oqaryovo” dövlət iqamətgahına gəldi.
 
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamladı.
 
Sonra MDB dövlət başçıları birgə foto çəkdirdilər.
 
Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi görüşü oldu.
 
Dövlət başçıları görüşdə çıxış etdilər.
 
Sonda Rusiya Prezidenti Vladimir Putinin adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olundu.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook