SON XƏBƏR

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın keçmiş Prezidenti Rosen Plevneliyevi qəbul edib

Aprel 18
12:44 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Bolqarıstan Respublikasının keçmiş Prezidenti Rosen Plevneliyevi qəbul edib.
 
Qlobal.az AZƏRTAC-a istinadla xəbər verir ki, Bolqarıstanın keçmiş Prezidenti Rosen Plevneliyev Azərbaycana gəlişindən həmişə olduğu kimi, böyük məmnunluq hissi keçirdiyini dedi.
 
Azərbaycan Respublikasının Prezidenti ilə görüşlərinə toxunan Rosen Plevneliyev Prezident İlham Əliyevlə ölkələrimiz arasında strateji tərəfdaşlığa dair sənədi imzalamasını xüsusilə vurğuladı. Rosen Plevneliyev Prezident İlham Əliyevin uzaqgörən siyasətinin "Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi işinə töhfə verdiyini dedi.
 
Prezident İlham Əliyev özünün Bolqarıstana səfərini, Bolqarıstan Prezidenti ilə görüşlərini xatırlayaraq, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı və bundan sonra da səmərəli əməkdaşlıq həyata keçiriləcəyinə əminliyini ifadə etdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook