SON XƏBƏR

Azərbaycan ordusunun genişmiqyaslı təlimlərində döyüş tapşırıqları icra edilir- VİDEO

Aprel 17
17:38 2017
Genişmiqyaslı təlimlərin keçirilməsi planına uyğun həyəcan siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edirlər.
 
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Qoşunların idarə edilməsi, onların təşkili üzrə yüksək tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir.
 
Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.
 
Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar planlı tədbirlər yerinə yetirir.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook