SON XƏBƏR

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başladı

Mart 12
12:23 2018
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 17-dək davam edəcək.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook