SON XƏBƏR

Azərbaycan nefti təqribən 1 dollar bahalaşıb

Fevral 20
02:01 2018
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 66,21 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan
göstəricidən 0,94 dollar/barel çoxdur.
 
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 65,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,95 dollar/barel çoxdur.
 
Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 61,4 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,14 dollar/barel çoxdur.
 
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 64,15 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,13 dollar/barel çoxdur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook