SON XƏBƏR

Azərbaycan Müdafiə Nazirliyi: Erməni ordusu 5 hərbçi itirib

Sentyabr 17
13:43 2018
Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib.

Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər. Qeyd olunub ki, erməni tərəfinin guya son günlər Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə yaydığı məlumat həqiqətə uyğun deyil:

"Bu, dezinformasiyadır və özlərinin verdiyi itkiləri ört-basdır etmək məqsədilə daxili auditoriya üçün tirajlanır".

Nazirlikdən deyiblər ki, Azərbaycan tərəfindən fərqli olaraq, son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib, lakin bunu bütün səylərlə ictimaiyyətdən gizlədir:

"O ki qaldı yaralanan erməni mülki şəxsə, bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhaliyə və yaşayış məntəqələrinə atəş açmır". 
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook