SON XƏBƏR

Azərbaycan müdafiə naziri Moskvaya gedib

Avqust 11
23:28 2017
Avqustun 11-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Rusiya müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfərə gedib.
 
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Z.Həsənov "Beynəlxalq ordu oyunları - 2017” yarışlarının rəsmi bağlanış mərasimində iştirak edəcək.
 
"Beynəlxalq ordu oyunları - 2017” yarışları iyulun 29-dan avqustun 12-dək eyni zamanda 5 ölkədə – Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya və Çin ərazisində keçirilir.
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook