SON XƏBƏR

Azərbaycan məktəblərində 5 gün dərs olmayacaq

Yanvar 16
23:00 2017
Yanvarın 27-dən 31-nə qədər dərs olmayacaq.

Fins.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı orta məktəblərdə qış tətili ilə bağlı danışarkən deyib:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarına əsasən, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook