SON XƏBƏR

Azərbaycan MDB məkanında ən yaxşı yolları olan ölkə seçilib

İyun 05
15:05 2017
"The World Economic Forum" beynəlxalq təşkilatın reytinqinə əsasən, Azərbaycan MDB məkanında ən yaxşı yolları olan ölkə seçilib.
 
"Azəravtoyol" ASC-dən verilən məlumata görə, beynəlxalq təşkilatın reytinqinə əsasən, dünya ölkələri arasında isə Azərbaycan yollarına görə 50-ci yerə layiq görülüb.
 
Bu siyahıda qonşu dövlətlər olan Rusiya 123-cü, Gürcüstan 78-ci, Ermənistan isə 81-ci yerdə qəraralaşıb.
 
Siyahıda Mərkəzi Asiya ölkələri arasında ən yaxşı nəticə Tacikistandadır - 70-ci yer. Dünya ölkələri arasında Qazaxstan 108-ci, Qırğızıstanın adı isə 131-ci çəkilir.
 
Reytinqə əsasən ən yaxşı yollar Fransa, Biləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Portuqaliya və Omandadır. Ən pis yollar isə Moldova, Mozambik, Ukrayna, Mavritaniya, Paraqvay, Konqo və Madaqaskardadır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook