SON XƏBƏR

“Azərbaycan İpoteka Fondu” ASC tender elan edib

Noyabr 23
07:17 2016
"Azərbaycan İpoteka Fondu” ASC (AİF) bir sıra informasiya sistemlərinə, server və şəbəkə avadanlığına 2017-ci ildə dəstək xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
 
AZƏRTAC Fonda istinadla xəbər verir ki, tender 3 lotdan (Lot 1 - Onlayn ödənişlərin təmin edilməsi üzrə İnformasiya Mübadiləsi Moduluna dəstək xidməti; Lot 2 - "Elektron İpoteka Sistemi”nə dəstək xidməti; Lot 3 - Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sisteminə dəstək xidməti) ibarətdir. Hər lot üzrə iştirak haqqı 100 manatdır.
 
İddiaçılar tenderdə iştirak etmək üçün ərizə, iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi, tender təklifi, hüquqi statusu və dövlət qeydiyyatını təsdiqləyən sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri, əlavə dəyər vergisi qeydiyyatının olub-olmamasını müəyyənləşdirməyə imkan verən sənədlərin surətləri, bank rekvizitləri, təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd, iddiaçının fəaliyyətinin axırıncı maliyyə ilinin vəziyyəti haqqında bank arayışı, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərinin olmaması barədə müvafıq vergi orqanından arayış təqdim etməlidirlər.
 
Təklif zərfləri yanvarın 11-dək, ilkin sənədlər isə dekabrın 20-dək AİF-in Bakı şəhəri Bülbül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək.
Tender zərfləri gələn il yanvarın 12-də "Azərbaycan İpoteka Fondu” ASC-nin inzibati binasında açılacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook