SON XƏBƏR

Azərbaycan Hərbi Hava Qüvvələri təlimləri dayandırdı

İyul 26
12:38 2019
Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus MiQ-29 qırıcısının qəzaya uğraması ilə əlaqədar Azərbaycan Ordusunun bütün aviasiya vasitələrinin təlim-məşq uçuşları dayandırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı Armiya.az-a bildirib ki, bu barədə nazirliyin rəhbərliyi müvafiq göstəriş verib.

Onun sözlərinə görə, MiQ-29 qırıcısının qəzaya uğrama səbəbləri müəyyən edilənədək Azərbaycan HHQ-nin aviasiya vasitələrinin bütün uçuşları müvəqqəti dayandırılıb:

"Eyni zamanda, döyüş növbətçiliyinin aparılması plana uyğun həyata keçirilir”.

Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Müdafiə nazirinin tapşırığına əsasən, yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook