SON XƏBƏR

Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda liderdir - Global Firepower

Yanvar 20
22:46 2021
Azərbaycan dünyanın 138 ölkəsi arasında hərbi gücünə görə 64-cü yeri tutur.

Bu barədə "Global Firepower” təşkilatının 2021-ci il üzrə hesabatında bildirilib. Reytinqə əsasən, Azərbaycan Ordusu qüdrətinə görə Cənubi Qafqazda birinci yerdə qərarlaşıb. Qonşu Gürcüstan siyahıda 92, Ermənistan isə 100-cü yerdədir.

Hesabatda qeyd olunur ki, Azərbaycanda 3,7 milyondan çox hərbi xidmətə yararlı insan var. Silahlı Qüvvələrdə 425 min hərbi qulluqçu var ki, onların da 125 mini aktiv xidmətdədir.

Azərbaycan Ordusunun arsenalında 145 təyyarə və helikopter, 1 052 tank, 1 450 zirehli maşın, 242 özüyeriyən atrilleriya, 307 ədəd yedəkli artilleriya və 245 reaktiv qurğu var. Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrində 31 gəminin olduğu bildirilir.

Araşdırmada qeyd olunur ki, müharibənin aparılması üçün əsas komponent yanacağın olmasıdır. Azərbaycan gün ərzində 800 min barel neft hasil edir, 180 min barel nefti isə istehlak edir. Ölkənin təsdiqlənmiş neft ehtiyatlarının həcminin isə 7 milyard barel olduğu qeyd edilib.

Sənədə əsasən, Azərbaycanın müdafiə büdcəsi 2,26 milyard ABŞ dolları, qızıl-valyuta ehtiyatları isə 6,7 milyard ABŞ dolları təşkil edir.

Reytinqdə ilk onluqda yer alan Rusiya dünyada II ən güclü ordudan birinə sahibdir. Türkiyə isə hərbi gücünə görə 11-ci yeri tutur. Dünyanın ən güclü ordusu ABŞ, ən zəif ordusu isə Butandadır.

Qeyd edək ki, 2020-ci ilin reytinqində də Azərbaycan 64-cü mövqedə olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook