SON XƏBƏR

Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda (FOTOLAR)

Mart 23
11:11 2019
Bu gün İslamabad şəhərində Pakistan Silahlı Qüvvələrinin hərbi paradı keçirilib.

Qlobal.az "AzeriDefence"yə istinadən xəbər verir ki, paradda Pakistan Ordusunun bölmələri ilə yanaşı Azərbaycan Ordusunun bir piyada bölməsi ayrıca kalonla tribuna önündən keçib.

Azərbaycan Ordusunun hərbçiləri tribuna önündən keçərkən Pakistan dövlət rəhbərliyi ayağa qalxaraq heyəti salamlayıb. Paradın aparıcısı Azərbaycan dilində "Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan - Pakistan dostluğu!” ifadələri ilə ordumuzun hərbçilərini təqdim edib.

Azərbaycan Ordusunun paraşütçüləri isə havada Azərbaycan və Pakistan bayraqlarını açıblar.

Paradda müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Qlobal.az 
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook