SON XƏBƏR

Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək

İyun 03
18:09 2020
İyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edəcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Paradda hərbçilərimizin Azərbaycan istehsalı olan silahlarla təntənəli keçidi olacaq.

Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook