Azərbaycan hakimiyyəti “Meydan TV” işini bağladı
May 06
13:18
2019
Bu gün, mayın 6-sı, dörd jurnalist Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə dəvət olunublar və burada onlara bildirilib ki, ölkədən çıxışlarına qoyulmuş qadağa götürülüb.
Qlobal.az "Turan”a istinadən xəbər verir ki, həmin qadağa dörd il ərzində - 2015-ci ildən qüvvədə idi.
Ondan başqa, analoji bildirişi İzolda Ağayeva, Səlimə Cəlilova və Rasim Qaraca alıblar. Gözlənildiyinə görə, yaxın vaxtlarda ölkədən çıxışa qoyulmuş qadağa "Meydan TV” üçün materiallar hazırlamış daha ən azı səkkiz jurnalist barəsində ləğv ediləcək.