SON XƏBƏR

Azərbaycan - Gürcüstan matçının keçiriləcəyi məkan müəyyənləşdi

Dekabr 27
00:27 2017
Futbol üzrə Gürcüstan və Azərbaycan yığmaları arasında keçiriləcək yoxlama matçının məkanı müəyyənləşib

Qlobal.Az goal.az-a istinadən xəbər verir ki, sözügedən matç Türkiyənin Antalya şəhərindəki "Mərdan Palace" stadionunda baş tutacaq.

Bu barədə Gürcüstan mətbuatı xəbər yayıb. Xəbərdə bu arenanın 7428 azarkeş tutumuna malik olduğu qeyd olunub.

Qeyd edək ki, Azərbaycan - Gürcüstan oyunu gələn il fevralın 2-də keçiriləcək. Bu qarşılaşma hər iki komanda üçün Avropa Millətlər Liqasına hazırlıq xarakteri daşıyır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook