SON XƏBƏR

Azərbaycan gömrüyündə "zəlzələ" - 4 rəis işdən qovuldu, Vüsal Novruzovun idarəsində yoxlamalar aparılır...

Yanvar 10
23:17 2017
Azərbaycan Dövlət Gömrük Komitəsində ciddi kadr dəyişiklikləri aparılıb.
 
Arqument.az
xəbər verir ki, komitə sədri, general Aydın Əliyevin əmri ilə bir sıra vəzifəli şəxslər işlərində verdiyi ciddi nöqsanlara görə Gömrük orqanlarındakı fəaliyyətlərinə xitam verilib.
 
Belə ki, Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi, Əməliyyat idarəsinin rəis müavini Ceyhun Fərzəliyev, Əməliyyat-Axtarış şöbəsinin rəisi Malik Əliyev, eləcə də Biləsuvar və Astara Sərhəd Keçid Məntəqələrinin rəisləri işdən çıxarılıb.
 
Biləsuvar Sərhəd Keçid Məntəqəsinin rəisi İlqar Abdullayevi Elçin Quliyev əvəzləyib.   
 
Astara Sərhəd Keçid Məntəqəsinin rəisi Sücəddin Hüseynovun yerinə isə Mirkazım Miratayev təyin edilib.
 
Qeyd edək ki, Gömrük orqanlarından uzaqlaşdırılan Biləsuvar Sərhəd Keçid Məntəqəsinin rəisi İlqar Abdullayev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının rəisi, general İlham Abdullayevin qardaşıdır.
 
Qlobal.az xəbər verir ki, Respublika Prezidenti İlham Əliyev cənablarının gömrük sisteminin şəffaflaşdırılması istiqamətində verdiyi ciddi tapşırıqlar bundan sonra da davam etdiriləcək. Hazırda Bakı Şəhər Baş Gömrük İdarəsində aparılan daxili audit yekunlaşmaq üzrədir. Qeyd edək ki, Bakı Şəhər Baş Gömrük İdarəsində yoxlamalar zamanı kifayət qədər qanun pozuntularının olduğu iddia olunur. 
 
Yaxın zamanlarda yoxlamaların yekun nəticəsi barədə rəsmi məlumatların veriləcəyi gözlənilir.
 
Xatırladaq ki, Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi general-mayor Vüsal Novruzovdur.
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook