SON XƏBƏR

Azərbaycan filmi Bolqarıstanın beynəlxalq film festivalında

Dekabr 14
00:56 2016
Mirbala Səlimlinin "Qırmızı bağ” bədii filmi Bolqarıstanın 8-ci "Sofia MENAR” Beynəlxalq Film Festivalına dəvət alıb.

Mədəniyyət və Turizm Nazirliyindən Axşam.az-a verilən məlumata görə, festival 12-29 yanvar tarixlərində Sofiya şəhərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan filmi ilk dəfə olaraq bu festivalda iştirak edəcək. Festival regionun ən diqqətəlayiq yeni ekran əsərlərini Avropa tamaşaçısına təqdim edir, yerli auditoriyanı İslam dünyasının iddiali audiovizual əsərləri ilə tanış edir.

Azərbaycan və Rusiyanın birgə istehsalı olan "Qırmızı bağ” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın "WeiT Media” kino şirkətində lentə alınıb.

Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media).

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar.

Xatırladaq ki, film Qazaxıstanın 12-ci Avrasiya Beynəlxalq Film Festivalında, Almaniyanın 65-ci Mannheim-Heidelberg Beynəlxalq Film Festivalında, Misirin 38-ci Qahirə Beynəlxalq Film Festivalında və Türkiyənin 5-ci "Van gölü” Beynəlxalq Fİlm Festivalında iştirak edib. Azərbaycan, Bakıda keçirilən 7-ci Avropa Film Festivalında "Qırmızı bağ” filmi ilə təmsil olunub. Film həmçinin 15-ci Dəkkə Beynəlxalq Film Festivalına dəvət alıb.
 
Qlobal.az
loading...



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook