SON XƏBƏR

Azərbaycan FİFA reytinqində mövqeyini qoruyub

Mart 09
15:39 2017
FİFA yığmaların yeni reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, sonuncu dəfə bir ay öncə açıqlanan cədvəldə ciddi dəyişiklik olmayıb.

Buna səbəb hesabat dövründə komandaların iştirakı ilə qarşılaşmaların az keçirilməsidi. Həmin dövrdə heç bir oyuna çıxmayan Azərbaycan millisi 2017-ci ildəki ilk sınağını da bu gün keçirəcək.

Cədvəlin açıqlanmasından az sonra Dohada Qətərlə üz-üzə gələcək komandamızın xal hesabında dəyişiklik olub. Belə ki, ötən ay aktivində 388 xalı Robert Prosineçkinin yetirmələri 8 xal itirib.

Amma əmsalı 380-ə qədər azalan yığmamız 89-cu pillədəki mövqeyini qoruyub.

Millimiz və "qonşular”ı
84 (85). Qətər – 415
85 (82). Ermənistan - 414
86 (86). Çin - 407
87 (87). Qabon – 399
88 (87). Keniya - 392
89 (89). Azərbaycan - 380
90 (90). Antiqua və Barbuda – 370
90 (91). Zambiya - 370
92 (92). Liviya – 366
93 (93). Ruanda – 364
94 (96). Qazaxıstan - 357

Dünyanın ən güclü 10 komandasının mövqeyində də yalnız xal dəyişiklikləri baş verib. Argentina neçə aydı qərarlaşdığı zirvəni qorumaqda davam edir.

İlk "onluq”
1 (1). Argentina – 1644
2 (2). Braziliya – 1534
3 (3). Almaniya – 1443
4 (4). Çili – 1389
5 (5). Belçika – 1379
6 (6). Fransa – 1318
7 (7). Kolumbiya – 1312
8 (8). Portuqaliya – 1240
9 (9). Uruqvay – 1200
10 (10). İspaniya – 1162

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən yalnız Çexiya irəliləyib. Bu komanda 4 pillə yüksəlib. San-Marino isə 1 pillə geriləyib. Bugünkü yoxlama oyunundakı rəqibimiz Qətər 1 pillə irəliləyərək, 84-cü olub.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
3 (3). Almaniya – 1433
35 (35). Şimali İrlandiya - 786
42 (46). Çexiya - 684
81 (81). Norveç - 428
203 (202). San-Marino – 17

Qeyd edək ki, qonşu Türkiyə yığması 2 pillə geriləməklə 26-cı yerə düşüb. "Ay-ulduzlular”ın hesabında 851 xal var.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook