SON XƏBƏR

Azərbaycan əsgəri şəhid oldu

Noyabr 07
12:30 2019
Sosial şəbəkələrdə Dövlət Sərhəd xidmətinin əsgəri, 2000-ci il təvəllüdlü Babək Vəli oğlu Aslanovun dünən gecə saatlarında cəbhənin Qazax istiqamətində şəhid olduğu barədə xəbərlər yayılıb. 

Modern.az-ın əməkdaşı xəbəri dəqiqləşdirmək üçün öncə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzi ilə əlaqə saxlamağa çalışıb. Ancaq DSX-nın mətbuat xidməti həmişəki kimi telefon zənglərinə cavab verməyib. 

DSX-nın mətbuat xidmətinin rəisi Rövşən Cahangirovu da tapmaq müşkülə çevrilib.

Xaçmaz Rayon İcra Hakimiyyətindən İctimaiyyətlə əlaqələr departamentinin aparıcı məsləhətçisi Yaqut Məsimova isə sosial şəbəkələrdə yayılmış məlumatı Modern.az-a açıqlamasında təsdiqləyib..

"Babək Aslanov dünən şəhid olub. Hazırda cənazə dəfn olunmaq üçün Xaçmaz rayonunun Mollabürhan kəndinə gətirilir”.

Allah rəhmət eləsin…



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook