SON XƏBƏR

Azərbaycan Əfqanıstana yeni sülhməramlılar qrupu göndərdi

Yanvar 11
11:37 2017
NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Silahlı Qüvvələrinin 41 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.
 
Bu barədə Müdafiə Nazirliyinin saytı məlumat yayıb.
 
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycanın 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Qlobal.az













Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook